ABŞ-ın Əfqanıstandakı hərbi bazasına intiharçı hücumu olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə NBC News kanalına yüksək çinli hərbi məmur məlumat verib. Mənbənin xəbərinə görə, yerli vaxtla səhər saat 5:30-da bazaya hücum edən intiharçı-terrorçu Veteranlar gününə həsr olunmuş təlimdə iştirak edəcək şəslərin toplaşdığı yerin yaxınlığında intiharçı kəmərini işə salıb. Hazırda təhlükəsizlik səbəbindən Baqramda yerləşən həmin bazaya giriş-çıxış bağlanıb.
Qeyd edək ki. daha öncə verilən xəbərdə hücum nəticəsində 3 nəfərin həlak olduğu bildirilmişdi, lakin bu barədə rəsmi açıqlama, hələ ki, yoxdur.