ABŞ-ın eks-dövlət katibi Madlen Olbrayt Donald Trampın prezident seçilməsinə münasibət bildirərkən deyib ki, bundan sonra dünya tam fərqli, başqa yöndə inkişaf edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Praqanın Karlov universitetində mühazirəsi zamanı bildirib. “Biz bunu əvvəlcədən görə bilmədik. Britaniyada Brexit-ə kənardan baxdıq və düşündük ki, bizim ölkəmizdə belə bir şey ola bilməz. Lakin biz buna öyrəşməliyik”- deyə xanım Olbrayt fikrini izah edib.
Qeyd edək ki, Olbrayt Demokratlar partiyasının namizədi Hillari Klintonun ən aktiv tərəfdarlarından olub və onu “dövlət postu üçün hazırlanmış ən yaxşı” namizəd kimi xarakterizə edib.
Xatırladaq ki, noyabrın 8-də Amerika öz prezidentini seçib. Yanvarın 20-də Donald Trampın inauqurasiya mərasimi olacaq.