Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı Mosulda mühasirədə saxlanan İŞİD-in xəyanətdə ittiham etdiyi 40 sakini edam etdiyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, İŞİD terrorçuları edam etdiyi 40 Mosul sakininin cəsədini hər kəsə dərs olsun deyə şəhərdə elektrik dirəklərindən asıb. "Xəyanət və ortaqlıqda" ittiham edilmiş 40 sakinə narıncı paltarlar geyindirilib və üzərində qırmızı rənglə "satqınlar və İSF (İraq Təhlükəsizlik Qüvvələri) agentləri" yazılıb.
Bir nəfərin isə İŞİD-in mobil telefondan istifadəyə qoyduğu qadağaya əməl etmədiyi üçün Mosulun mərkəzində insanların gözü önündə güllələnib. 20 nəfəri isə İraq ordusuna məlumat sızdırmaqda günahlandıraraq güllələyiblər.
BMT hesabatında deyilir ki, sakinlərin qətli ilə bağlı qərarlar özü-özünü təyin etmiş "məhkəmələr" tərəfindən verilib.
BMT həmçinin İŞİD-in yeniyetmələri cəbhə boyu yerləşdirməsindən narahatlığını bildirib. İŞİD tərəfindən yayılmış videolarda uşaqlar insanları casusluğa görə güllələyirlər.
“Reuters” xəbər agentliyi isə bir müddət əvvəl ələ keçirilən Mosulun kənarındakı Karama məhəlləsində öldürülən İŞİD terrorçularının görüntülərini yayıb. İraq ordusu, bir binadakı terrorçu cəsədlərini iplərə bağlayaraq sürüyüb və sonradan torpağa basdırıblar.
İraq təhlükəsizlik qüvvələri Mosulu İŞİD-dən geri almaq üçün hücumlarını davam etdirir.