ABŞ-ın müdafiə naziri Eşton Karter yeni prezident Donald Trampa Suriya məsələsində Rusiya ilə əməkdaşlıq etməməyi tövsiyə edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, CBS-in efirində bəyan edib. “Xatırlayırsınızsa, ruslar terrorizmin kökünü kəsmək və Əsədi devirmək üçün Suriyaya gələcəklərini vəd etmişdilər, lakin bunların heç birini etmədilər. Üstəlik, Əsədə yardım etməklə Suriyada vətəndaş müharibəsini qızışdırırlar”- deyən Pentaqon rəhbəri Trampa, ruslar “düz yola qayıtmasalar”, onlarla əməkdaşlıq etməməyi tövsiyə edib.