9 noyabr tarixində Amerika prezidenti seçilmiş Donald Tramp dövlət katibi seçimi ilə amerikanlara daha bir şok yaşadıb.
Baki-xeber.com-un xəbərinə görə, o bu posta Respublikaçılar partiyasının keçmiş spikeri Nyut Qinqriçi layiq görüb. Xəbərə görə, ondan başqa bu posta daha iki namizəd olub: ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton və Senat Komitəsinin xarici işlər üzrə nümayəndəsi Bob Korker.
Nyut Qinqriçə gəldikdə isə, o, sağ-mühafizəkar baxışlı siyasətçidir. Xarici siyasətdə isə olduqca radikal sayılır. Belə ki, Obamanın prezidentliyi dönəmində Qinqriç “Amerikanı qorumaqdan ötrü” “Obamanın sovet sosialist maşınını durdurmaq” çağırışı ilə gündəmə gəlib.