Donald Trampın prezident olarsa yerinə yetirəcəyini vəd etdiyi əsas planlarından biri onun saytından çıxarılıb.
Baki-xeber.com xəbər verir ki, Tramp seçki kampaniyası zamanı müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoymaq planını açıqlamışdı. Daha sonra isə bu plana düzəliş edərək, onu bütün müsəlmanlara yox, yalnız "terrorçu ölkələrlə əlaqəsi olanlara" aid etmişdi.
Ancaq həmin qadağa artıq onun saytından götürülüb. ABC Newsxəbər verir ki, bu qadağa noyabrın 5-dək onun saytında idi.
Belə ehtimallar da var ki, yeni prezident müsəlmanlarla bağlı əvvəlki vədindən imtina edib.