ABŞ prezidentliyinə biznesmen Trampın sürpriz seçimi Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi sanksiyalarla bağlı planlarının reallaşdırmasını əngəlləyə bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” yazır. Xəbərdə deyilir ki, 5 Avropa diplomatı nəşrə gələn ay Tramp prezident postuna oturan kimi əsas iqtisadi sanksiyaların müddətinin uzadılmasını gözlədiklərini bildirib. Onların fikrincə, yanvar ayında inauqurasiyadan sonra Trampla Putin arasında yaxınlaşma baş verərsə, bu, Aİ ilə münasibətlərin soyumasına və sanksiyaların dəstəklənməsinin çətinləşməsinə gətirib çıxaracaq.
Agentliyin münasibət öyrəndiyi daha bir diplomat isə deyib ki, əsas problem anti-Rusiya sanksiyaları deyil. ”Əsas sual odur ki, Tramp NATO ilə nə edəcək. Məhz onun bu Alyansla bağlı fəaliyyəti istər Avropanın, istərsə də Rusiyanın təhlükəsizliyinə birbaşa təsir edəcək"- deyə diplomat agentliyə açıqlamasında bildirib.