Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer gələn həftə Türkiyəyə səfər edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu gün alman nazir Bundestaqda bəyan edib. O bildirib ki, noyabrın 15-də Türkiyəyə işgüzar səfərə gedəcək.
Qeyd edək ki, daha öncə alman parlamentində Türkiyədəki situasiya müzakirə olunub. Deputatlar Türkiyədəki hazırkı durumu tənqid edib,ölkə rəhbərliyini mətbuatı və müxalifəti sıxışdırmaqda suçlayıb.
Öz növbəsində Türkiyə XİN alman həmkarlarını çevriliş olayları zamanı prezident Ərdoğana yetərincə dəstək göstərməməkdə və “terrorçulara sığınacaq verməkdə”ittiham edib. Söhbət burada ölkəni tərk edən PKK-çılardan gedir. Qeyd olunur ki, son illərdə Türkiyə dövləti Almaniyaya PKK-çıların geri verilməsilə bağlı 4 min sorğu göndərib, lakin onların heç biri cavablandırılmayıb.