ABŞ-ın fəaliyyətdə olan prezidenti Barak Obama sələfi Donald Trampla obyektivlər önünə keçməkdən imtina edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Wall Street Journal” yazır. Nəşr xatırladır ki, adətən hakimiyyətin təhvil verilməsi zamanı hər iki lider və xanımları birgə şəkil çəkdirir. Lakin bu dəfə köhnə və yeni liderin bu ənənəyə riayət etməməsi maraq doğurub.
Maraqlıdır ki, daha öncə Obamanın mətbuat katibi Coş Ernest hazırkı prezidentin Trampın ölkəni idarə etmək bacarığında olmadığını bildirdiyini, lakin xalqın seçiminə hörmətlə yanaşdığını dediyini bildirib.