Vaşinqtonda Barak Obama ilə Donald Tramp arasında görüş başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, Ağ Evdə həm də ABŞ vitse-prezidenti Co Baydenlə gələcək vitse-prezident Mayk Pensin görüşü nəzərdə tutulub. Bu barədə CNN-in efirində xəbər verilib.
Obama-Tramp görüşü 30 dəqiqə nəzərdə tutulub. Bundan sonra Trampın xanımı Melaniyanın Mişel Obama ilə görüşü olacaq. “Bloomberg”-in xəbərinə görə, daha sonra Tramp və vitse-prezident Mayk Pens Nümayəndələr Palatasının spikeri Pol Raynla görüşəcək.
Co Baydenin Ağ Evdə Penslə keçirəcəyi görüşün mətbuata qapalı olacağı xəbər verilir. “Reuters”-in bildirdiyinə görə, buna qədər Trampla Obama arasında təkbətək görüş olmayıb.Eyni zamanda onlar seçki kampaniyası gedişində dəfələrlə bir-birini tənqid ediblər. Məsələn, yanvarın əvvəlində Tramp Obama və Klintonu “İslam dövləti” terrorçu təşkilatını yaratmaqda ittiham edib. Seçkiyə bir neçə gün qalmış isə kampaniya boyu Klintonu dəstəkləyən Obama Trampı “bünövrədən qeyri-ciddi adam” adlandırıb.
Ekspertlər Tramp=Obama görüşünün maraqlı keçəcəyi qənaətindədir.