ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp səsvermə zamanı qanun pozuntularına yol verildiyini iddia edib və məhkəməyə müraciət edəcəyini deyib.
Baki-xeber.com xəbər verir ki, Respublikaçıların namizədi Tramp, ABŞ-ın “Fox News” kanalına açıqlamasında ABŞ seçkiləri üçün inanılmayacaq bir iddia ilə çıxış edib. Tramp prezident seçkilərində açıq-aşkar saxtakarlıq edildiyini, Respublikaçılar verilən səslərin Demokratlara yazıldığını, məsələni təcili olaraq məhkəməyə çıxaracaqlarını bəyan edib: "Müxtəlif seçki mərkəzlərində Respublikaçılara verilən səslərin Demokratların xeyrini dəyişdirildiyinə dair məlumatlar almışıq”.
O, bildirib ki, əgər seçkini az fərqlə uduzarsa nəticələri qəbul etməyəcək və məsələni məhkəməyə daşıyacaq.
O da bildirilir ki, Trampın seçki qərargahı Nevada ştatında artıq ilk iddiasını qaldırıb. İddiaya görə, ispandillilər olan dairədə seçki rəsmiləri erkən seçki vaxtı - noyabrın 4-də məntəqə bağlanandan sonra səs vermə növbəsinə durmağa icazə veriblər.
Nevada qanununa görə, axşam saat 8-də seçki məntəqəsi bağlanan vaxt növbədə kim varsa, səs verə bilər
Bundan başqa, Trampın qərargahı qeyd edir ki, Klark (Nevada ştatı) dairə seçki komissiyasının əməkdaşları səsvermənin nəticələrini təhrif etmək məqsədi ilə öz vəzifələrini Demokratlar Partiyasının fəalları ilə əlaqələndirərək icra edirlər.
Ancaq Nevada məhkəməsi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın şikayəti üzrə təcili tədbirlər görməkdən imtina edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hakim Qloriya Sterman Trampın seçki məntəqələrinin işçiləri barədə məlumatların təqdim edilməsinə dair tələbinə cavab olaraq dərhal order verməkdən imtina edib.
“Nəyə görə məntəqələrdə çalışan insanlar barədə məlumat verməliyəm? Öz vətəndaş borclarını yerinə yetirdiklərinə görə onlara hədə-qorxu gələsiniz?”, - deyə hakim Trampın nümayəndəsinə bildirib.