Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hakim partiya - AKP ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbər şəxslərinin məsuliyyətə cəlb olunması ilə bağlı iddia qaldırıb.
Baki-xeber.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan və AKP CHP sədri Kamal Kılıçdaroğlu və partiya məclisinin üzvləri haqqında cinayət işi açılması üçün Ankara Respublika Prokurorluğuna müraciət edib.
Buna səbəb isə partiyanın 6 noyabrda keçirilmiş məclis toplantısının ardından yayılan bəyanatda ölkə başçısının təhqir edildiyi səbəb göstərilir.