İki qadın ABŞ prezidentliyinə namizəd Donald Trampın səs verəcəyi Nyu-Yorkdakı Manhetten seçki məntəqəsində yarıçılpaq etiraz aksiyası keçiriblər.
“New York Post”un məlumatına görə, polis və təhlükəsizlik xidmətinin əməkdaşları qızları məntəqədən çıxarıblar. Donald Tramp həmin vaxt məntəqədə olmayıb.
Qızların həbs olunub-olunmaması hələ ki, bəlli deyil.
ABŞ-da prezident seçkisi keçirilir. Prezidentlik uğrunda respublikaçı Donald Trampla demokrat Hillari Klinton mübarizə aparır.