Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb. APA-nın məlumatına görə, o, bunu “Facebook”da canlı mətbuat konfransı zamanı bəyan edib.
Saakaşvili prezident Poroşenkonu Odessada iki klanı dəstəkləməkdə ittiham edib.
“Odessa vilayətini Ukraynanın düşmənlərinə təslim edirlər. Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizənin yeni mərhələsinə başlamaq niyyətindəyəm. Elektron bəyannamələr son damla oldu. Bu qudurğan simalar utanmadan bəyan edirlər ki, həm nağd şəkildə milyardları var, həm də dövlət sosial yardım alırlar”, - deyə o vurğulayıb.
Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib.
Saakaşvili Poroşenkoya da sərt ittihamlar ünvanlayıb: "Prezident Petro Poroşenko Odessada iki klanı dəstəkləyir. Konkret olaraq o, Truxanovun kriminal, Urbanskinin isə korrupsion klanına dəstək verir. Vilayətdə hakimiyyəti bu iki nəfərə və onların tərəfdaşı Anton Kissenin “Bizim diyarımız”dan olan separatçılara veriblər".
“Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizəmin yeni mərhələsinə başlamaq niyyətindəyəm”, - deyə o vurğulayıb.
Saakaşvili qeyd edib ki, Odessa vilayətini sadəcə korrupsionerlərə deyil, Ukraynanın düşmənlərinə təslim edirlər: "Gördüyüm təkcə odur ki, heç bir nümunəvi məmur nəinki sosial yardım alır, ümumiyyətlə köməksiz vəziyyətdədirlər. Çünki Kiyevdəki ali hakimiyyət onların üstünə Presmanov və Qonçarenko kimilərini göndərir”.
"Odessa, həmçinin Odessa vilayəti Kiyev banditizmə və özbaşınalığa birbaşa himayədarlıq edən korrupsionerlərdən azad edildikdən sonra inkişaf edəcək. Ona görə də mən bu vəziyyətdə istefa verməyi və mübarizənin yeni mərhələsinə başlamağı qərara aldım, - deyən Saaakaşivili "Mən yolumdan geri çəkilməyəcəm və bu yolda yorulan deyiləm, buna kimsə ümid etməsin" - deyə əlavə edib.
Saakaşivili öz çıxışında Odessa vilayətinin əksər sakinlərinin ondan istefa verməməyi xahiş etdiyini xatırlatsa da, istefa qərarını qəbul etməyə məcbur olduğunu bəyan edib. "Mən bacardığı qədər getməyi bacaran və daha sonra nə qədər lazımsa o qədər gedən əsgərlərdənəm. Qələbə üçün nə qədər lazımdırsa, o qədər də davam edəcəyəm ", - deyə Saakaivili bildirib.
Saakaşvilinin sözlərinə görə qələbə, "əsgərlərin qanına və Maydan qurbanlarına sərmayə qoyan, Ukraynanın inqilabi ideyalarına xəyanət edən, yeganə motivasiyaları varlanmaq, ciblərini dolduran klanlarını gücləndirən və Ukraynanın son qəpiyinə qədər oğurlamaq istəyən korrupsionerlərdən qurtulmaqla" baş tutacaq.