Suriyanın Rakka şəhərinin İŞİD-dən təmizlənməsi məqsədilə aylardır hazırlıq görülən əməliyyat “Fəratın qəzəbi” adı ilə start götürüb.
Baki-xeber.com-un xəbərinə görə, Demokratik suriya güclərinin əməliyyatın başlanması ilə bağlı yaydığı açıqlamada əməliyyat a kürd, türkmən, ərəb savaşçılarla birlikdə YPG və YPJ də dəstək verir. Rakkanın quzeyindəki Eyn İsa qəsəbəsində mətbuat üçün toplantı keçirən Demokratik Suriya gücləri adından açıqlamanı Cihan Əhməd verib.Cihan Əhməd İŞİD-in paytaxt elan etdiyi Rakka döyüşünün noyabrın 5-də gecə saatlarında başladığını bildirib. Əməliyyatın uğurla bitəcəyinə əmin olduğunu bildirən Cihan Əhməd deyib ki, Münbiçdə, Hasekedə, Kobanidə, Şedadə və digər şəhərlərdə necə uğurlar əldə etdiksə, Rakkada da edəcəyik.