“İslam dövləti” ekstremist qruplaşmasının 5 üzvü təşkilatın kassasındakı bir neçə milyon dolları götürərək Mosulu tərk edib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə İraqın “Əl-Sumariyə” sputnik telekanalı xəbər yayıb. Xəbərdə bildirilir ki. həmin pullar qruplaşma üzvlərinə maaş olaraq veriləcəkmiş. Xəbərdə o da bildirilir ki, qaçaq İŞİD-çilər arasında Əbu əl-Bara əl-Kaxtaninin də olduğu ehtimal edilir. Adıçəkilən şəxsin isə qruplaşma daxilində edamlara məsul olduğu bildirilir. Qaçaqların Suriya ərazisinə keçdiyi ehtimal edilir.