Kreml 2018-ci il prezident seçkilərində Vladimir Putinin qarşısına uyğun bir rəqib çıxarmaq və seçkilərdə seçici aktivliyini təmin etmək üçün indidən hazırlıqlara başlayıb. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə RBC agentliyi çıxış edib.
Kremldəki mənbələrə istinad edən agentlik yazır ki, prezident administrasiyasının rəsmilərindən Sergey Kirienko 2018-ci il seçkilərinə hazırlıqla bağlı politoloqlarla gizli bir toplantı da keçirib. İctimaiyyətdən gizli saxlanan bu toplantıda, bugünkü iqtidarın gələcək prezident seçkilərini "yüksək səs çoxluğu ilə qazanması" və "siyasi sistemin sabitliyinin təmin edilməsi" mövzusu müzakirə edilib.
Mənbələr, Kremlin 2018-ci il prezident seçkilərində görüntü xatirinə də olsa, Putinə qarşı digər partiyalardan rəqib çıxararaq yüksək seçici iştirakını təmin etmək istədiyini, bugünkü iqtidarın namizədinin bu şəkildə böyük səs çoxluğu ilə seçilməsinin planlaşdırıldığını deyib.
Hakimiyyət kommunist və liberal demokrat namizədlər Züqanov və Jirinovskinin yaşlı olmasından dolayı növbəti seçkilərdə Putinə "uyğun" namizədlər ola bilməyəcəyini düşünür. Iddialara görə bunu nəzərə alan Kreml, Putinin böyük səs çoxluğu ilə seçilməsini təmin etmək, bir tərəfdən də Rusiya liderinin qarşısına nisbətən "iddialı" görünəcək, amma hakimiyyət üçün təhdid yaratmayacaq namizəd axtarışlarına indidən başlayıb.