ABŞ dövlət katibi Con Kerri gələn həftə Antarktikaya gedir. O, bu soyuq materikə gedən ilk dövlət katibidir. Onun səfəri ölkədə keçiriləcək prezident seçkiləri ilə eyni vaxta təsadüf edir.
Kerri Vaşinqtonu noyabrın 7-də tərk edəcək və McMurdi stansiyasına noyabrın 10-da çatacaq, burdan isə Cənub qütbündə yerləşən tədqiqat stansiyasına gedəcək.
Kerrinin Hillari Klinton və Donald Tramp arasındakı gərgin prezident kampaniyasından yorulduğu və səvermə günü ölkədən kənarda olmaq istəməsi deyilsə də, departamentin sözçüsü Con Kirbi bunu təkzib edib, deyib ki, Antarktikada qısa yay mövsümü Kerrinin səfərini şərtləndirib. Onun sözlərinə görə, Kerri artıq səsini verib.
Materikdə olarkən Kerri iqlim tədqiqatçıları ilə görüşəcək.