Əfqanıstan xüsusi xidməti oktyabrın sonlarında iki “Əl-Qaidə” liderinin məhv edildiyi barədə açıqlama yaysa da, Pentaqon onlardan yalnız birinin öldürüldüyünü təsdiqlyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” qurumun sözçüsü Piter Kuka istinadən xəbər yayıb. Xəbərə görə, məhv edilən terrorçubaşı Faruk əl-Kaxtanidir. Pentaqon sözçüsü onu da deyib ki, adı hallanan ikinci terrorçubaşı Bilal əl-Mutəybinin öldürülüb-öldürülmədiyi dəqiqləşdirilir.
Xatırladaq ki, hər iki terrorçunun ABŞ PUA-sının aviazərbələri nəticəsində öldüyü barədə oktyabrın 25-də xəbər verilmişdi.