Rusiya və Suriya hökumət qüvvələri tərəfindən qiyamçılara və mülkilərə Hələbin işğal altında qalan ərazilərindən çıxmaq üçün verdiyi vaxt bitmək üzrədir.
10 saatlıq müddətdə qiyamçılar təklifi rədd edib və mühasirəni qırmaq üçün əks-hücumları davam etdiriblər.
Rusiya Müdafiə Nazirliyi bildiri ki, Hələbdə silahlı qruplaşmaların üzvlərinin şəhəri tərk etmələri üçün açılan humanitar dəhliz minaatanlardan və "Cəhənnəm atəşi" adlandırılan reaktiv qurğudan atəşə tutulub. Nəticədə iki rusiyalı hərbçi yüngül yaralanıb, onlar təhlükəsiz yerə təxliyə olunub. Nazirlikdən onların həyatına təhlükə olmadığı bildirilib.
Humanitar dəhlizdən həmçinin Rusiya, qərb və ərəb ölkələrindən olan 50-dək jurnalisti təxliyə olunub. Belə hiss olunur ki, əslində əsas qüvvələrdən heç kim atəşkəs dəhlizlərindən istifadə etməyib. Rusiya bu müddətin qiyamçılara şəhərin şərqini təhlükəsiz tərk etmək üçün sonuncu şans olduğunu bildirib.
İntensiv bomba hücumlarına görə, bu ərazidə 250 min insan yeməksiz və tibbi yardımsız qalıb.
Hələbdəki BBC müxbiri deyir ki, şəhərdə döyüşlər daha da gərginləşir, çünki hökumətin əraziləri qaytarmaq istəyi olasa da, hadisələr onların nəzarəti altında deyil. Həmçinin qiyamçılar da bu böyük Suriya şəhərində istinadgahlarını itirmək istəmirlər.
Rusiya və Suriya hökuməti təxliyə üçün "humanitar fasilə" dedikləri zamanı ikinci dəfədir ki verir. Bundan əvvəl, oktyabr ayında verilmiş üç günlük fasilə zamanı, atəşkəs birtərəfli olduğundan demək olar heç kim şəhəri tərk etməmişdi.
Indi atəşkəs sona çatdıqdan sonra Rusiya və Suriyanın hərbi təyyarələrinin hücumları bərpa edəcəyi gözlənilir. Ehtimal edilir ki, Rusiya bölgədə daha genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.
Baki-xeber.com