Suriyada İŞİD terrorçuların hücumu nəticəsində bir türk əsgəri həlak olub, ikisi yaralanıb. Bu barədə Trend "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın Cərablus şəhərinin İŞİD silahlılarından azad edilməsi üçün əməliyyata başlayıb. Bu əməliyyat “Fərat qalxanı” adını alıb.