Rusiya haker hücumları vasitəsilə Bolqarıstanın daxili siyasi vəziyyətinə təsir etməyə və Avropa ölkələrini parçalamağa çalışır. Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Prezidenti Rosen Plevneliyev BBC-yə müsahibəsində deyib.
R.Plevneliyev qeyd edib ki, Rusiya bu gün Avropanı zəiflətmək, parçalamaq və Avropa ölkələrini asılı vəziyyətə salmaq istəyir.