Dağıstanın güc orqanlarının əməkdaşları silahlı qrupu məhv edib.
Baki-xeber.com-un xəbərinə görə, hadisə Xasavyurt vilayətində baş verib. Dağıstanın güc strukturlarından TASS-a verilən xəbərə görə, güc orqanlarının əməkdaşları hərəkətdə olan avtomobili yoxlanış üçün dayandırıb. Bu zaman maşında olan 4 nəfər silahlı şəxs məmurlara atəş açıb.Cavab atəşilə onlar öldürülüb. Mənbə onu da bildirib ki, öldürülənlərdən biri Xasavyurt bandasının başçısı Marat Mahmudovdur.
Güc strukturlarının əməkdaşlarından xəsarət alan olmayıb.