çərşənbə günü, 11 noyabr 2026
     

Ukraynanın milyarder prezidentinin sərvəti açıqlandı, 27 milyon dollar, 104 şirkət…

Image


Ukraynada prezident Viktor Yanukoviç devriləndən və qəzəbli adamlar onun dəbdəbəli malikanəsinə daxil olandan bəri ötən iki ildə ilk dəfə olaraq yeni hakimiyyət rəsmilərinin sərvəti açıqlanıb.

Baki-xeber.com xəbər verir ki, bu ilin martından bəri ölkənin siyasətçi və məmurları öz əmlakları barədə bəyannamə təqdim etməlidirlər. Bütün məmurlar oktyabrın 31-dək öz gəlirləri barədə məlumat verməliydilər. Yanlış məlumat verənə isə 2 il həbs cəzası nəzərdə tutulur. Ukraynanın Milli Antikorrupsiya Bürosu bəyannamələrin hamısını öz saytında dərc edib.

Ancaq açıqlanan bəyannamələrdən sonra  bir çoxları təzələrin köhnələrdən heç də yaxşı olmadığını düşünməyə başlayıb. "The Guardian" yazır ki, bu siyasətçilərin arasında bahalı qol saatlarına, Fabergé yumurtalarına və silah kolleksiylarına sahib olanları da var. Bir siyasətçi hətta şəxsi kilsəsinin olduğunu bəyan edib. Lakin ən böyük şoku Ukrayna siyasətçilərinin bu qədər nağd pula malik olması yaradıb. Təqdim olunan bəyannamələrdən görünür ki, Ukrayna siyasətçiləri iri məbləğlərdə nağd pul saxlayırlar. Məsələn baş nazir Volodimir Qroysman 1, 2 milyon dollar və 460 min avro pulu olduğunu bəyan edib. Dövlət maliyyə xidmətinin rəhbəri Roman Nasirov isə bəyan edib ki, arvadı ilə birlikdə onların İsveçrə istehsalı olan saatları, brilyantları, xəz paltoları və 2 milyon dollar nağd pulları var. Başqa rəsmilər də yüz minlərlə dollar pullarının olduğunu bəyan ediblər. Müşahidəçilərdən bəziləri deyirlər ki, əgər Milli Bankın direktoru öz əmanətlərini dollarda saxlayırsa, əhalinin milli valyuta olan qrivnaya necə etimadı arta bilər?

Təhqiqatçılar deyir ki, kiminsə varlı olmasını başa düşmək olar, amma bir rəsminin 10 lüks qol saatına, 30 torpaq sahəsinə malik olması təəccüb doğurur.

Hazırkı prezident milyarder Petro Poroşenko bəyannamələrin açıqlanmasını "həqiqətən də tarixi açıqlıq və şəffaflıq hadisəsi" kimi qiymətləndirilib.

Qeyd edək ki, bir çoxları bəyannamədə standart maşın, mənzil, şirkət kimi əmlakla yanaşı, çox maraqlı əşyalar göstəriblər. Ali Radanın üzvü Sergey Melniçuk bəyannaməsində bir trilyon qrivna və ya 38 milyard dollara yaxın nağd pulu olduğunu yazıb. Deputatın illik maaşı 3 min dollardır. Melniçukun daxil olduğu deputat qrupunun mətbuat xidməti bunu "uğursuz zarafat" kimi qiymətləndirib. Deputat sonradan bəyannamədə düzəliş etməyə söz verib.

Qalmaqallı siyasətçi, Radikal Partiyanın sədri Oleq Lyaşkonun bəyan etdiyi əşyalar arasında yaba da var. Onun siyasi reklamlarında deyilir ki, o və birlikdə yaşadığı xanımı banklarda və nəğd formada bir milyon dollaradək pul saxlayır. Bundan başqa, onların 3 avtomobili (“Mercedes-Benz S 500L”, “Mazda CX-5”, “Toyota Land Cruiser”), xarici qızıl və gümüş sikkədən ibarət 5 kolleksiyası, "Breguet", "Ulysse Nardin", "Audemars Piguet", "Vacheron Constantin" markalı saatları var.

Onun partiyadaşı Andrei Lozovoysa öz bəyannaməsində "içində XIII əsrə aid müqəddəs nəşin olduğu xaçşəkilli enkolpion", XIX əsrə aid mebel, 8 rəsm əsəri, biri XVI əsrə aid, 73 ikonadan, və XI-XX əsrlərə aid 32 soyuq silahdan ibarət kolleksiya bəyan edib. Bəyannaməyə əsasən, onun 200 min dollar nağd pulu da var.

Daxili işlər naziri Arsen Avakov isə avtomobil bəyan etməyib. Əvəzində bunları göstərib: - şəkil və qravürlər kolleksiyası (78 ədəddən çox); - 760 şüşə "Mouton-Rothchild" şərabı və etiketi; - XIX - XX əsrlərə aid 7 ədəd soyuq silahdan ibarət kolleksiya; - video və səs yazısı kolleksiyası (5 minədək disk, kaset, val, lent); - XVIII-XXI əsrə aid 8 min nüsxədən ibarət kitabxana; - "Chateau Lafite-Rothschild" şərabının kolleksiyası; - xəz, cəvahirat və başqa qiymətli əşyalar.

"Müxalifət blokundan" deputat Nestor Şufriç öz bəyannaməsində 9 mənzil, 3 avtomobil və 9 milyon dollar nağd pulla yanaşı, bunları göstərib: – rəsm əsərləri kolleksiyası (287 ədəd); – qədim çini qablar (121 ədəd); – 17 saat; –156 ədəd odlu silahdan ibarət kolleksiya; – 578 ədəd,əsasən, qədim soyuq silahdan ibarət kolleksiya; – əntiq bürünc heykəl və daş saat kolleksiyası (37 ədəd); – heraldika (herblər) kolleksiyası (438 ədəd); – 51 qədim ikona və 71 qədim kitab.

Deputat Oles Dovgiy qaynanasına olan 888 min qrivna (35 min dollara yaxın) borcunu bəyan edib. O bu pula "Lexus LS 460" avtomobili alıb. Onun bəyannaməsində onlarla rəsm əsəri və bir neçə heykəl də var.

Dneprin icra başçısı Boris Filatov öz bəyannaməsində yapon incəsənətinə aid və toplam dəyəri 6,4 milyon dollara yaxın əşyalardan (618 ədəd) ibarət kolleksiyanı qeyd edib. Bəyannamədə onun 2009-cu ildə "Virgin" şirkətindən aldığı kosmosa bilet də göstərilib.

Kiyev meri Vitali Kliçko isə öz bəyannaməsində 7 velosiped, "FineCustomPuncher" markalı motosiklet, ağ rəngli "Yamaha" royalı və tanınmış markalardan olan saatları qeyd edib. Klichko-nun özünün avtomobili yoxdur, ancaq arvadının "Toyota Sequoia" və "Land Rover Discovery 3.0" tipli iki avtomobili var.

Ölkə prezidenti Petro Poroşenko bank hesablarındakı 27 milyon dolları, 104 şirkəti, bir neçə torpaq sahəsini, bir neçə bina və mənzili bəyan edib. Prezidentin "Patek Phillip" və iki ədəd "Hublot" qol saatı, XIX - XX əsrlərə aid rəsm əsərləri kolleksiyası (65 ədəd), XIX - XX əsrə aid heykəl kolleksiyası (6 ədəd), royalı, çantaları və mebeli var.

"Petro Poroshenkonun bloku" parlament fraksiyası sədrinin müavini Anatoli Matvienko öz bəyannaməsində Vinnisk vilayətində bir kilsəsinin olduğunu göstərib. Onun bir neçə torpaq sahəsi, iki avtomobili və dörd mənzili də var.

"The Guardian" yazır ki, orta əməkhaqqının aya 300 dollar olduğu bir ölkədə bu bəyannamələr yalnız siyasi elita ilə əsasən yoxsul ukraynalılar arasındakı uçurumun dərinliyini göstərir. Qeyd edilir ki, bəyannamələrin əsl dəyəri hakimiyyət orqanları bu sənədləri lazımınca araşdırmağa başlayanda bilinəcək.

"The Guardian" yazır ki, 2014-c ildə baş vermiş Maydan inqilabının əsas tələblərindın biri də ölkəni bürümüş korrupsiya ilə mübarizə idi. Etriazçılar Yanukoviçin malikanəsinə daxil olanda orada qızıl suyuna çəkilmiş qolf çubuqları, kiçik zoopark və süni göldə lövbərlənmiş İspan qaleonu tapmışdılar.

Prezident Poroşenko milyarder maqnat olsa da, daha şəffaf siyasət vəd edib. Müşahidəçilər isə bildirirlər ki, islahatlar ləng gedir, hökumət isə Ukrayna biznesi və siyasətinin simasını dəyişə bilməyib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ