Bu gün İraq ordusu iki ildən çoxdur İŞİD terrorçularının əlində olan Ölkənin ikinci böyük şəhəri Mosula girib.
Baki-xeber.com xəbər verir ki, İraq Müdafiə Nazirliyinin sözçüsü general Tahsin İbrahim CNN International”a açıqlamasında ordunun 9-cu zirehli birliyinin Mosulun şimal-şərq istiqamətində İntisar məhəlləsinə hücum etdiyini deyib. Bundan əvvəl ordu yaxınlıqdakı Karama və Gökçel məhəllələrinə sızmayı bacarmışdı. Ancaq ilk dəfə zirehli birliklər Mosul şəhər mərkəzində bir məhəlləyə girib.
Qeyd edək ki, Mosul 2014-cü ilin iyunundan İŞİD terrorçularının əlindədir. Şəhərdə 5 min yaraqlının olduğu bildirilir. Terrorçuların başçısı Əbubəkr Bağdadinin də Mosulda olmasına dair xəbərlər yayılsa da İraq ordusu bunu təkzib edir.