Moskvada “Amnesty International”-ın ofisi bağlanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RBK-ya hüquq müdafiəçisi Aleksandr Artemyev bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, ofisin qapısının qıfılı dəyişdirilib və işığı kəsilib. Qapısına isə əmlakın çıxarılması üçün Əmlak Departamentinə müraciət edilməsilə bağlı bildiriş yazılıb.
Artemyevin sözlərinə görə, təşkilatın Moskva ofisi 20 ildir bu ünvanda yerləşir və bu müddət ərzində heç bir xəbərdarlıq almayıb.