Əl-Bağdadi Mosuldadır və onun məhv edilməsi sistemin sonu olacaq.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu sözləri İraq Kürdüstanının sözçüsü Fuad Hüseyn deyib. Onun bildirdiyinə görə, terrorçubaşının Mosulda olması şəhərin azad edilməsi yönündə oktyabrın 17-də koalisiya qüvvələri tərəfindən başladılan əməliyyatın gedişini çətinləşdirə bilər. Lakin Hüseyn əmindir ki, “ilanın başı” əzilərsə, İŞİD-in sonu gələcək.