Lozannada dünya liderlərinin iştirakı ilə keçirilən Suriya müzakirələri başa çatıb.
Baki-xeber.com-un xəbərinə görə, 4,5 saat davam edən müzakirələrin ardından ABŞ dövlət katibi Con Kerri bildirib ki, Suriya çözümü üzrə danışıqların növbəti raundu bazar ertəsi olacaq.
Xatırladaq ki. şənbə günü başlanan danışıqlarda, Con Kerridən əlavə, Rusiya XİN başçısı Sergey Lavrov, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, eyni zamanda Türkiyənin, Səudiyyə Ərəbistanının, İranın, Qətərin, İordaniyanın, Misirin və İraqın xarii işlər nazirləri iştirak edib.