Rus sərhədçiləri Şimali Koreya gəmisini saxlayarkən silah tətbiq edib. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, nəticədə bir nəfər həlak olub.
Hadisə Yapon dənizində yaşanıb. Rusiya FTB-nin açıqlamasına görə, “gəmi heyəti sərhəd-nəzarət qrupuna qarşı özünü aqressiv aparıb”. Xəbərə görə, 48 nəfər KXDR vətəndaşının olduğu gəmi RF iqtisadi zonasından çıxışa doğru istiqamət götürüb, gəminin komanda üzvləri isə Rusiya FTB əməkdaşlarına hücuma cəhd edib. Nəticədə sərhədçilərdən biri başından ciddi travma alıb.
Açıqlamada bildirildiyinə görə, rus sərhədçilər Şimali Koreyanın balıqçı gəmisinə “dur” əmri versə də, gəmi yoluna davam edib və nəticədə sərhədçilər atəş açmalı olub. İri çaplı silahlardan açılan atəş nəticəsində gəmi heyətindən 9 nəfər yaralanıb, sonradan onlardan biri dünyasini dəyişib.
Rusiya FTB KXDR-in Vladivostokdakı Baş Konsulluğunu olayla bağlı məlumatlandırıb.