Lozannada Suriya danışıqları çərçivəsində ABŞ və Rusiya XİN başçıları Con Kerri və Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS-a Rusiya nümayəndə heyətindən bildiriblər. Mənbə onu da deyib ki, Lavrov daha öncə İranın xarici işlər naziri Cavad Zəriflə ikitərəfli formatda görüş keçirib. Xəbərə görə, bu qısa görüş “Bo-Rivaj” otelində çoxtərəfli müzakirələrdən öncə baş tutub.Təkbətək görüşlərin ardından isə Suriya münaqişəsinin çözümü ilə bağlı geniş müzakirələr başlayıb.
Xatırladaq ki, şənbə günü Lozannada Suriyada atəşkəsin bərpası üzrə çoxtərəfli müzakirələrə başlanıb. ABŞ və Rusiyadan başqa, müzakirələrdə regionun söz sahibi ölkələri iştirak edir.