Türkiyə ilə münasibətləri gərgin vəziyyətdə olan İraq mərkəzi hökuməti Mosul əməliyyatı PKK-nı da daxil etmək istəyir. Baki-xeber.com CNN TÜRK-ə istinadən xəbər verir ki, bu barədə İraq regional kürd parlamentinin üzvü Şeyx Şemo açıqlama verib.
İraq Regional Kürd Parlamentində yezidiləri təmsil edən millət vəkili bildirib ki, Sincar bölgəsindəki PKK yaraqlıları İŞİD-ə qarşı keçiriləcək Mosul əməliyyatına şiələrin silahlı qrupu "Haşdi Şabi”nin bayrağı altında qatılacaq. Onun sözlərinə görə, PKK-çılar dəstələrə paylanacaq və “Haşdi Şabi”nin simvolunu daşıyan formalar geyəcəklər.
PKK Mosul əməliyyatına qatılacağı halda Türkiyənin buna sərt reaksiya verəcəyini deyən Şemo, mərkəzi hökumət tərəfindən dəstəklənən PKK-nın İraq Kürdistanında da gərginliyə səbəb olacağını bildirib və İraq hökumətini günahlandırıb.
Sincar valisı Mahma Halil də mərkəzi hökumətin PKK-dan Türkiyəyə qarşı şantaj vasitəsi kimi istifadə etdiyini və bunu bölgədə problemlərə yol açaraq xaos yaradacağını deyib.
TAHİR