BMT-nin yeni Baş katibi seçildi. Trend-in məlumatına görə, BMT Baş Assambleyasının iclasında Portuqaliyanın keçmiş Baş naziri Antoniu Quterriş təşkilatın yeni Baş katibi seçilib.
A.Quterriş vəzifəsinin səlahiyyətlərinə gələn ildən başlayacaq. Təşkilatın 9-cu baş katibi 2021-ci ilə qədər vəzifəsinin başında qalacaq.