ABŞ ordusu Yəmən ərazisini atəşə tutub.
Baki-xeber.com-un ”RİA “Novosti”-yə istinadən xəbərinə görə, bu barədə Pentaqon rəsmisi Piter Kuk bəyan edib. Onun sözlərinə görə, zərbələr Yəməndə yerləşən radiolokasiya qurğularına endirilib.
Qeyd edək ki, ötən gün ABŞ-a məxsus hərbi gəmisi üsyançılar tərəfindən raket atəşinə tutulub. Pentaqon isə bununla bağlı cavab tədbirlərinin görüləcəyini bildirib. Beləliklə, cavab tədbirləri özünü çox gözlətməyib.