İran ədliyyəsi daim şiddət gördüyü ərini qətlə yetirən 22 yaşlı Zeynəb Sekanvənd barəsində edam hökmü çıxarıb.
Baki-xeber.com-un “Deutsche Welle Türkçe”-yə istinadən xəbərinə görə, Sekanvənd 2012-ci ilin fevral ayında həbs olunub. Cinayəti işləyərkən 17 yaşında olan Zeynəb məhkəmədə ərindən davamlı şiddət gördüyünü desə də, bu ondan ötrü yüngülləşdirici hal kimi nəzərə alınmayıb və məhkəmə onun barəsində ölüm hökmü verib. Lakin məhbus qadın həbsxanada yenidən evlənib və hamilə qalınca onun infaz edilməsi təxirə salınıb. Doğuma sayılı günlər qalmış körpəsini itirən Səkanvəndin bununla da barəsindəki edam hökmünün icrası yenidən gündəmə gəlib.
Beynəlxalq Əfv Təşkilatı İranın ədliyyə orqanlarına gənc qadının barəsindəki edam hökmünün ləğv edilməsilə bağlı müraciət edib.
Qeyd edək ki, müraciət nəzərə alınmazsa, edamın bu gün gerçəkləşməsi gözlənir.