Ukrayna hökuməti ölkənin şərqində Rusiyapərəst qüvvələrin qarşıdurmalar başlatdığı iki il yarımlıq dönəmdə 68 körpənin öldürüldüyünü açıqlayıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Avrointeqrasiya nazirinin müavini Sergey Ustimenko bəyan edib. Onun sözlərinə görə, atışmaların başladığı 2014-cü ilin aprel ayından bu günə kimi 68 azyaçlı həlak olub, 152 nəfəri isə yaralanıb. Ustimenko ayrıca 1798 azyaşlının isə ana və ya atasının Ukrayna Ordusunda xidmət edərkən həlak olduğunu açıqlayıb.
Umumiyyətlə isə, açıqlanan statistikaya görə, sözügedən tarixdən bugünə kimi atışmalar nəticəsində 10 mindən çox insan həyatını itirib, 2 mindən çoxu isə qaçqın həyatı yaşamaq zorunda qalıb.