Rusiya, Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanı şənbə günü Suriya böhranını müzakirə etmək üçün İsveçrənin Lozanna şəhərində bir araya gələcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
CNN televiziyasına müsahibə verən Lavrov bölgədə olanlar üzərində birbaşa təsiri olan ölkələrlə toplantı keçirmək istəyirik: “Ümumi bir iclas deyil, iş görüşməsinə bənzəyən dar formatda bir yığıncaq keçirmək istəyirik".
Lavrov görüşün yeni bir atəşkəs təmin edilməsi məqsədilə keçiriləcəyini qeyd edib: "Görüşün Rusiya-ABŞ razılaşmasındakı prinsiplərə əsaslanaraq ciddi bir dialoqa başlamağı ümid edirəm. Əvvəlki razılaşma geniş şəkildə dəstək gördü, ancaq reallıqda heç bir vaxt başlamadı".
Lavrov atəşkəsin müvəffəqiyyətsiz olmasında ABŞ-ın barmağı olduğuna da işarə edib: "Atəşkəs, Suriya ordusu mövqelərinə hücum edən ABŞ liderliyindəki koalisiya tərəfindən pozuldu. Bunu etməməli idilər".
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə deyib ki, oktyabrın 15-də Lozannada baş tutan beynəlxalq görüşün əsas mövzusu Hələbdəki vəziyyət olacaq: “Lozannadakı görüşün əsas mövzusu Hələbdəki vəziyyət, Rusiya və Suriya aviasiyasının şəhərə endirdikləri hava zərbələri olacaq. Görüşdə Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcəklər”.
TAHİR