Dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah gülən hərəkatına qarşı aparılan əməliyyatlar çərçivəsində Türkiyə Silahlı Qüvvələrində "təmizlik işləri" davam etdirilir. Trend-in məlumatına görə, daha 233 hərbçi SQ-də xidmətdən kənarlaşdırılıb.
Beləliklə, 15 iyul tarixindən sonra Türkiyə Silahlı Qüvvələrindən xaric edilən hərbçilərin sayı 3939-a çatıb.
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatına qarşı əməliyyatlar davam edir. Əməliyyatlar çərçivəsində Ankarada 215 hüquq-mühafizə orqanı əməkdaşı saxlanılıb. Onlardan 147-si polis rəisidir.
Xatırladaq ki, ötən gün İstanbulda 125 polis əməkdaşı saxlanılmışdı.