Kerçdən Krıma gətirilən kran Livadiya qəsəbəsi sahillərində suyun dibinə gedib.
Baki-xeber.com-un xəbərinə görə, kranı daşıyan yedək gəmisinin göyərtəsində 7 ekipaj üzvü olub. Saat 03.40-da Kerç boğazından keçərkən əlverişsiz hava şəraiti kranın batmasına səbəb olub. Ekipaj üzvlərinfən 5 nəfəri xilas etmək mümkün olub, 2 nəfərin isə axtarışları davam edir.