ABŞ prezidenti Barak Obama prezidentliyə namizəd Hillari Klintona dəstək mitinqinə qatılaraq çıxış edib və Trampı dəstəkləyənləri anlamadığını bildirib.
Baki-xeber.com-un “Yeni şafak”a istinadən xəbərinə görə, Şimali Karolinada keçirilən mitinqdə Obama Trampın qadınlar haqqında fikirlərini qınayaraq onun Ağ Evə getməsinə çalışanları obyektiv olmağa çağırıb. Lakin Obama bu sözləri deyərkən Klintona qarşı olanlar onun sözünü kəsməyə çalışıb. Obama isə “Bax, budur demokratiya, əla!”- deyə durumdan razılığını ifadə edib.