ABŞ Türkiyəyə Suriyada İŞİD-ə qarşı Rakka əməliyyatını birlikdə keçirməyi təklif edib. ABŞ-ın planlarında PKK-nın Suriya qolu PYD-nin də bu əməliyyatlarda iştirakı nəzərdə tutulur. Ancaq Türkiyə PYD-nin bu əməliyyatlarda iştirakına israrla qarşı çıxır.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı açıqlama verən Türkiyə xarici işlər naziri Mövlüt Çavuşoğlu bildirib ki, Türkiyə əməliyyatı dəstəkləyəcək, ancaq terror təşkilatı PKK-nın Suriya qanadı PYD qüvvələrinin cəbhədə olmasını heç vaxt qəbul etməyəcək.
Çavuşoğlu ABŞ-da demokratların prezidentliyə namizədi Hillari Klintonun Suriyadakı kürdlərə silah verə biləcəyi açıqlamasına da münasibət bildirib: "O zaman ABŞ terrora dəstək verən ölkə vəziyyətinə düşər. Biz xəbərdarlıq edirik. Bir dost olaraq söyləyirik, terrorçularla əməkdaşlıq edən, terrorçularla birlikdə çalışan bir ölkə vəziyyətinə düşər".
Yaxın günlərdə İŞİD-in Suriyadakı qalası sayılan Rakkanın azad edilməsi üçün əməliyyatın başlayacağı gözlənilir.
TAHİR