ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından ən şanslı namizəd olan milyarder Donald Tramp ölkəsinə üz tutan qeyri-leqal miqrantlara sonradan ABŞ vətəndaşlığının verilə biləcəyini istisna etməyib.
Baki-xeber.com-un kommersant-a istinadən xəbərinə görə, o deyib ki, miqrant ölkəsinin vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verərsə, onun Amerikaya qeyri-leqal şəkildə gəlişinə göz yumula bilər. Bu isə Trampın öz miqrnt siyasətində daha bir korrektə etdiyi fikrini gündəmə gətirib. Bəllidir ki, Tramp hər zaman miqrantlara kəskin münasibətilə seçilib. Onun ölkəsinə gələn miqrantların deportasiyasına nail olmaq üçün hətta mövcud qanunvericiliyə dəyişikliklər edilməsini belə istisna etməməsindən sonra bugünkü yumşaq mövqeyi maraq doğurub.