Türkiyədə hakim partiya AKP-nin Qaziantepdən millət vəkili Şamil Tayyar çevrilişçilərlə bağlı yeni iddialarla çıxış edib. Baki-xeber.com xəbər verir ki, “Beyaz TV”yə açıqlama verən Tayyar, çevrilişçi FETÖ-nün “A komandası”nın hələ də iş başında olduğunu iddia edib.
"İstərlər məni kənarlaşdırsınlar, ancaq çevrilişçilərin “A komandası” iş başındadır" deyən Tayyar, "bazarlığa oturacaqlar. Tələbləri olacaq. Bizi yeni bir təhlükə gözləyir" deyə qeyd edib.
FETÖ əməliyyatlarına toxunan millət vəkili B və C komandasına qarşı əməliyyatların keçirildiyini, A komandasının isə hələ də iş başında olduğunu bildirib: “Millət bizi 4 dəfə yıxıldığımız yerdən qaldırdı. Bunu nə zamana qədər edəcəklər... Hələ də çevriliş təhlükəsi var”.