Türkiyədə Diyarbəkir məhkəməsi HDP-dən olan 8 millət vəkilinin məhkəməyə zorla gətirilməsinə dair qərar çıxarıb.
Baki-xeber.com xəbər verir ki, mühakimə olunan, ancaq toxunulmazlıqları olduğu üçün ifadələri alınmayan millət vəkillərinin toxunulmazlığı barədə qərar da ləğv olunub.
Səkkiz HDP-li millət vəkilinin mühakiməsi Diyarbəkir 2-ci Ağır Cəza Məhkəməsində bazar ertəsi başlayıb. Onlar məhkəməyə gəlmədikləri üçün, barələrində zorla gətirilmə qərarı verilib.
Bundan başqa məhkəmə, HDP lideri Selahattin Demirtaşın qardaşı Nurettin Demirtaş və digər 20 şəxs haqqında həbs qərarının yerinə yetirilməsini təxirə salıb.