ABŞ, Suriya məsələsində Rusiya ilə koordinasiyalı fəaliyyət yönündə şərtləri qəbul olunmazsa, bu danışıqlardan geri çəkiləcəyini açıqlayıb.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti administrasiyasındakı mənbə bildirib. O deyib ki, artıq hər iki tərəfin mövqeləri tam aydınlaşdığından, yaxın günlərdə bəlli olacaq ki, tezliklə həyata keçirə biləcəkləri razılıq əldə olunacaq, ya yox. Ağ Ev təmsilçisinin sözlərinə görə, bu günlərdə ABŞ dövlət katibi Con Kerri ilə Rusiya XİN başçısı Sergey Lavrovun görüşü gözlənir. O, eyni zamanda, Amerikanın mümkün qədər tez humanitar razılaşma əldə edilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Putin Obama ilə görüşünün ardından keçirdiyi mətbuat konfransında bir çox məsələlərdə anlaşdıqlarını bildirərk, bəzi texniki tərəflərin qaldığını deyib və Kerri ilə Lavrovun bu məsələləri çözəcəyinə əminliyini ifadə edib.