ABŞ prezidenti Barak Obama G20 Sammitinin ardından Cənub-Şərqi Asiya ölkələri (ASEAN) Sammitində iştirak etmək məqsədilə Laosa səfər edib.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, bununla o, bu ölkəyə ayaq basan ilk Amerika prezidenti olub. Xəbərdə bildirilir ki, ABŞ prezidentinin ölkəsinin bombalar yağdırdığı Laosa səfəri bu hadisələrdən on illər sonra gerçəkləşib. Laosun 1964-1973-cü illər arası ABŞ-ın bombardmanına məruz qaldığı xatırladılan xəbərdə o da bildirilir ki, həmin illər ərzində bu ölkəyə 2 milyondan artıq bomba atılıb. Lakin maraqlıdır ki, bu bombaların 30%-i partlamayıb və bu nədənlə hələ də insanlar ölür.
Obamanın səfərindən əsas gözləntilər isə ABŞ-ın həmin partlamamış bombaların zərərsizləşdirilməsi və ərazinin təmizlənməsi üzrə proqram açıqlamasıi, eyni zamanda ikitərəfli iqtisadi əməkdaşlıq istiqamətində müzakirələrdən ibarətdir.