Rusiya prezidenti Vladimir Putin G20 Smmitinin yekunlarına dir keçirdiyi mətbuat konfransında sentyabrın 6-da Özbəkistana səfər edəcəyini açıqlayıb.
Baki-xeber.com-un kommersant-a istinadən xəbərinə görə, o deyib ki, İslam Kərimovun xatirəsini anmaq üçün Özbəkistana səfər etməyi planlaşdırır. RF prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, prezidentin Özbəkistana səfəri şəxsi xarakter daşıyır. O deyib ki, Putin Səmərqəndə qeyri-rəsmi səfər edərək özbək həmkarının ölümündən dolayı kədərini ifadə etmək niyyətindədir.
Xatırladaq ki, şənbə günü Özbəkistanda 79 yaşında dünyasını dəyişmiş prezident İslam Kərimovun dəfn mərasimi keçirilib. Rusiyanı matəm mərasimində Baş nazır Dmitri Medvedyev təmsil edib.