Rusiya və ABŞ Suriya üzrə razılığa gəldiklərini tezliklə elan edə bilərlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin deyib ki, "Türk axını" qaz kəməri layihəsi də yekunda reallaşdırılacaq. O bildirib: "Biz konstruktiv dialoq qura biləcəyimizə çox ümid edirik. Bizim energetika sahəsində çoxlu layihələrimiz var. Bura "Türk axını" da aiddir".
Rusiya prezidenti deyib ki, Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin tam formatda bərpa edilməsində aşkar marağını görür. Onun sözlərinə görə, Rusiya və Türkiyənin regionda, Qara dənizdə, qlobal planda və Yaxın Şərq bölgəsində bir çox üst-üstə düşən maraqları var.