Türkiyənin daxili İşlər naziri Efkan Ala istefa verib. Baki-xeber.com xəbər verir ki bunu prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra baş nazir Binali Yıldırım açıqlayıb.
Baş nazirin sözlərinə görə, daxili işlər naziri, Bursa millət vəkili Efkan Ala istefa verib. Onu yerinə əmək və sosial müdafiə naziri Trabzon millət vəkili Süleyman Soylu, boşalan əmək və sosial müdafiə naziri vəzifəsinə isə Bursa millət vəkili Mehmet Müezzinoğlu gətirilib.