Türkiyə və "Demokratik İttifaq" dəstələri (PYD) Suriyada müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, atəşkəsin detalları sentyabrın 3-də Çində keçiriləcək G20 sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Barak Obama arasında müzakirə olunacaq.
Ancaq Türkiyənin Avropa ittifaqı (Aİ) işləri naziri Ömər Çelik deyib ki, Türkiyə və Suriyadakı "Demokratik İttifaq" dəstələri (PYD) arasında atəşkəsdən söz gedə bilməz.
Onun sözlərinə görə, PYD terror təşkilatıdır və tam məhv ediləcək.