ABŞ İŞİD lideri Əbu Bəkir Bağdadinin 2004-ci ildə yeddi ay İraqdakı Abu Qreyb həbsxanasında saxlandığını ilk dəfə etiraf edib.
Baki-xeber.com xəbər verir ki, İŞİD-in özünü xəlifə elan edən lideri Bağdadinin, bir müddət İraqdakı Bucca əsir düşərgəsində saxlandığını, hətta təşkilatın lider heyətinin burada tanış olduğuna dair iddialar əvvəllər də yayılmışdı.
Ancaq “The Intercept”in xəbərinə görə, Bağdadi Bucca düşərgəsinə göndərilməzdən əvvəl 2004-cü ilin fevral-oktyabr ayları arasında İraqın ən təhlükəsiz həbsxanası kimi tanınan Abu Qreybdə saxlanıb. Sayta açıqlama verən ABŞ ordusunun sözçüsü Troy A.Rolan Bağdadiyə verilən məhbus nömrəsinin 157 ilə başladığını və bu nömrənin Abu Qreybdəki məhkumlar üçün istifadə edildiyini bildirib.
Xəbərdə Bağdadinin oktyabr ın 13-də kamera yoldaşları ilə birlikdə Bucca düşərgəsinə göndərildiyi və dekabrın 9-da azadlığa buraxıldığı qeyd edilir.
Bu xəbər, Bağdadinin İŞİD-in qurulduğu yer olduğu bildirilən Buccada iki aydan az bir müddət qaldığını və həbsinin böyük hissəsini Bucca düşərgəsində keçirdiyini də ortaya qoyur.